Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Türkmənistandakı səfir geri çağırıldı


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Elxan Hüseynov geri çağırılıb. Sərəncamda bunun səbəbi göstərilməyib. Hələlik keçmiş səfirin başqa işə təyin olunması haqqında da sərəncam yoxdur.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycanın İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Məmməd Əliyev də geri çağırılıb. Hələlik bu onun da başqa vəzifəyə keçirilməsi haqqında sərəncam yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG