Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:57

Medvedev «vodka»ya qarşı


Rusiyada 90-cı illərdə adambaşına təmiz alkoqol istifadəsi 5,4 litr olubsa, 2008-ci ildə bu rəqəm 10 litrə çatıb
Rusiyada 90-cı illərdə adambaşına təmiz alkoqol istifadəsi 5,4 litr olubsa, 2008-ci ildə bu rəqəm 10 litrə çatıb
Rusiya prezidenti Dmitri Medvedevin spirtli içkilərə qarşı başladığı kampaniya hökumətdən də dəstək alıb. Baş nazir Vladimir Putin növbəti 10 il ərzində spirtli içkilərdən istifadənin azaldılmasıyla bağlı proqramı açıqlayıb. Bu proqrama görə, Rusiyada spirtli içkiyə olan tələbatın azaldılması iki mərhələdə baş verməlidir. Birinci mərhələdə, 2010-2012-ci illərdə tələbat 15 faiz, 2013-2020-ci illərdə isə 55 faiz azaldılmalıdır. Bu sənədi baş nazir dekabrın 30-da imzalayıb.

Proqramda açıq-aşkar göstərilir ki, əsas hədəf qara bazardır. İkinci mərhələdə isə qanunsuz spirtli içki istehsalı ləğv olunacaq. Sənəddə deyilir ki, son 20 ildə ölkədə spirtli içkilərdən istifadə olunması iki dəfə artıb. 90-cı illərdə adambaşına təmiz alkoqol istifadəsi 5,4 litr olubsa, 2008-ci ildə bu rəqəm 10 litrə çatıb. 1914-1917-ci illərdə isə bu rəqəm adambaşına 0,83 litr olub. Həmin illərdə Çar II Nikolay alkoqola qadağa qoymuşdu.

Bu proqrama görə, Rusiyada spirtli içkiyə olan tələbatın azaldılması iki mərhələdə baş verməlidir. Birinci mərhələdə, 2010-2012-ci illərdə tələbat 15 faiz, 2013-2020-ci illərdə isə ə 55 faiz azaldılmalıdır
Ekspertlərsə deyirlər ki, Rusiyada spirtli içkilərin qanunsuz dövriyyəsi də bura əlavə olunsa, adambaşına düşən spirtli içki istifadəsi 16 litrə gəlib çıxar. Bu Amerika vətəndaşlarının istifadəsindən iki dəfə çoxdur.

Rusiyada içki aludəçiliyi səhiyyə ilə bağlı statistik göstəricilərə də mənfi təsir edir. Orta ömür təzəlikcə 60 yaşı ötüb. Bu da sənaye ölkələri arasında ən aşağı göstəricilərdəndir. Rəsmi rəqəmlərə görə, Rusiyada azı 2 milyon adam içki düşkünüdür. İldə 100 min alkoqol istifadəçisi ölür. Mütəxəssislər deyirlər ki, bunun bir səbəbi rusların alkoqolu Avropada olduğu kimi çaxır və pivə kimi yox, daha çox araq şəklində qəbul etmələriylə bağlıdır.

2008-də hakimiyyətə gələndə Medvedyev söz vermişdi ki, bu sahədə vəziyyəti yaxşılaşdıracaq. Ötən yay o alkoqolizmi milli bəla kimi qiymətləndirmişdi. Bundan sonra spirtli içkilərin etiketlərində yazılacaq içmək səhhətə ziyandır. Arağın yarım litrinin minimum qiyməti isə yanvarda 3 dollara qədər bahalaşdırıb.

Lakin Açıq Səhiyyə İnstitutun aparıcı məsləhətçisi Kiril Danışevski hökumətin bu iddialı proqramına çox şübhəylə yanaşdığını bildirib. O deyir ki, Rusiyada alkoqol istifadəsini azaltmaq çox çətindir. Səbəbi də spirtli içki istehsalının həddindən artıq olmasıdır. O deyir ki, Rusiyada 500-ə yaxın etanol istehsal edən müəssisə var. Onlara nəzarət etmək mümkün deyil. Bu müəssisələrdəki etanolun yarısı isə qanunsuz araq istehsal edən şəxslərə, qurumlara satılır. Həm də Rusiyada spirtli içki istehsalı böyük dayaqlara malikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG