Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:30

Yaponiya imperatorunun sarayında şeir məclisi keçirilib


Yaponiyada imperator Akihito və onun zövcəsi Miçikonun iştirakı ilə şeir məclisi keçirilib.

Bu ənənə 1000 ildən çoxdur davam edir və hər il sarayda təşkil edilən poeziya məclisində yapon şeiri səslənir.

Bu ilki məclisin mövzusu – nurdur.

Məclis televiziyayla bütün ölkəyə yayınlanıb. Məclisdə sadə insanların göndərdiyi şeirlər də səslənib.

Bütün şeirlər 31 hecalı qədim yapon şeir növü olan “tanka”da yazılıb.

Akihito da öz şeirini oxuyub. Şeir cığırda bitən otlar haqındadır.

Onların üzərinə ağacların yarpaqları arasından süzülən günəş şüaları düşür. Bu səhnəni o, sarayın bağçasında həyat yoldaşı ilə gəzərkən seyr edib.

İmperator sarayının dəftərxanasına adi vətəndaşlardan 23 mindən artıq şeir daxil olub.

Onların 172-i xaricdən gəlib. Onların çoxu Amerika və Braziliyadandır.

Minlərlə şeirin arasından 10 ədəd poeziya nümunəsi seçilib və onların müəllifləri saraya dəvət edilib. Onların yaşı 48-94 arasındadır.

Yaponiya demokratik ölkədir (Konstitusiyalı monarxiya).

İmperatorun səlahiyyətləri çox məhduddur.

Ölkəni demokratik seçkilərdə qalib gələn partiyanın təmsilçisi olan baş nazir idarə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG