Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:23

Tikintidəki ölüm halları gizlədilir


Bakıda tikinti uçqunu, 29 avqust 2007
Bakıda tikinti uçqunu, 29 avqust 2007
«Bizim Yol»: «Azərbaycanda əmək hüquqlarının qorunması sahəsində ən çox problem tikinti şirkətlərindədir. Orada işləyənlərin iş şəraiti həddən artıq acınacaqlıdır». Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev belə deyib:

«Bəzən ölüm halları da gizlədilir. Belə hallar həddən artıq çox olur. Özəl şirkətlər yaradılır, işçilər işə götürülür, amma 4-5 aydan sonra şirkət bağlanır. Bu da həmkarlar təşkilatları üçün problem yaradır… Ümumiyyətlə, tikinti şirkətlərinin 80 faizində əmək müqavilələri bağlanmır. Bir çox özəl şirkətlərdə əmək müqavilələrinə laqeyd münasibət var. İnsanları aldadırlar, istədikləri vaxt işdən qovurlar. Əmək müqaviləsi olmayanda işçi heç bir addım ata bilmir».

«Yeni Müsavat»: «Ərdoğanın Rusiya səfəri nə vəd edir?»

Zəfər Quliyev: «Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması regiondakı problemlərin həllində müsbət nəticələr verə bilər»

«Azadlıq»: Müxalifət proporsional seçki tələb edir

«Hakimiyyət isə yenidən proporsional seçki sisteminə qayıtmağa ehtiyac görür»

«Şərq»: Prezidentlərin üçtərəfli görüşü keçiriləcək

Yanvarın sonlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə türk qəzetləri xəbər yayıblar.

«525-ci qəzet»: «Bu il ya saziş imzalanacaq, ya da Praqa prosesindən imtina olunacaq»

Eldar Namazov: «Ermənistana təzyiq baxımından Azərbaycan və Türkiyə birgə addımlar atmalıdırlar».

«Yeni Azərbaycan»: Azərbaycan MDB-də ən dinamik inkişaf edən dövlətdir

«Statistika SNQ» jurnalında respublikamızda həyata keçirilən islahatlar barədə geniş məteriallar dərc olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG