Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 08:11

Gəncədə zibil emalı müəssisəsi tikiləcək


Gəncədə tikiləcək zibil emalı müəssisəsində tullantılar çeşidlənəcək, onlardan istilik enerjisi, üzvü gübrələr istehsal olunacaq. Müəssisənin tikintisi artıq Nazirlər Kabinetinin tədbirlər planına salınıb.

Bu barədə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyev məlumat verib. Bildirib ki, tikiləcək müəssisə üçün 25 hektar ərazi ayrılacaq. Hazırda müəssisənin tikiləcəyi məkanda əhalinin sayı, tullantıların həcmi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

A.Əliyev hazırda investisiya qoyuluşu məsələlərinin müzakirə olunduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG