Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

«Şərq qapısı» - 12 yanvar 2010



NAXÇIVAN AVTOMOBİL ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR


Yanvarın 11-də Naxçıvan Avtomobil Zavodu istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fəthiyev demişdir ki, ...Muxtar Respublikada hökm sürən ciddi nizam-intizam, sahibkarlığın inkişafına göstərilən qayğı burada Azərbaycanda analoqu olmayan avtomobil zavodunun yaradılmasına səbəb olmuşdur.

4 modeldə istehsal olunan avtomobillərin dəyərinin 7500 manatdan 12700 manat arasında dəyişməsi makroiqtisadi sahədə avtomobil zavodunun əhəmiyyətlilik dərəcəsinin göstəricisidir.

Ali Məclisin Sədri belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir:

«Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi».

Zavodun istehsal gücü ildə 4 min - 5 min ədəd minik avtomobilidir.

Zavodun işə başlaması ilə 50 yeni iş yeri açılmışdır. Müəssisədə orta aylıq əməkhaqqı 250 manatdır.

VARLILAR DA AĞLAYIR

Bu dünyanın çox qəribə işləri var. Dünən biznesmen olan bir şəxs bu gün pul tapıb işığının, qazının, suyunun haqqını ödəyə bilmir. Nəticədə evindən didərgin düşür. Günahkar isə qlobal iqtisadi böhrandır. Bəlkə doğrudan da böhran günahkardır. Bəs dövlətin öz vətəndaşlarının bundan qorumaq mexanizmi yoxdurmu? (Müəllif ABŞ-ı nəzərdə tutur - AzadlıqRadiosu).

Biz də bu təzadlı dünyada yaşayırıq. Doğrudan da belə şeyləri görəndə hər bir azərbaycanlı öz ölkəsi və öz dövləti ilə fəxr edib qürur hissi keçirməlidir. Bizdə işini itirənə də dövlət tərəfindən ünvanlı sosial yardım verilir.

YENİLƏŞMƏ İLİ İŞƏ YARADICI YANAŞMA TƏLƏB EDİR
(Bu fikirlər İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) aparatında keçirilən yığıncaqda səslənmişdir)

Yığıncaqda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada 2009-cu ildə də davam etdirilmişdir.

BİLİK YARIŞMASI KEÇİRİLMİŞDİR

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və rayon təhsil şöbəsi ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş bilik yarışması keçirilmişdir.

DİGƏR MƏQALƏLƏRİN BAŞLIQLARI

  • Qarağacın xoş günləri
  • Ötən il tibb kadrlarının yetişdirilməsində nailiyyətlər əldə qazanılmışdır

Şərq qapısı

«ŞƏRQ QAPISI»

Gündəlik ictimai-siyasi qəzet.

1921-ci ildən çıxır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Qiyməti: 10 qəpik

Tirajı: 3618

RUBRİKANIN ARXİVİ
XS
SM
MD
LG