Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:23

Haitidə 45-50 min arası adam ölüb


Birləşmiş Ştatlar Haitidə zəlzələdən zərərçəkənlərə yardım göstərmək və təhlükəsizliyi təmin etmək üçün bu ölkəyə təxminən 5 500-dən çox əsgər göndərəcək.

Artıq 100 nəfərdən ibarət ilk heyətin günün sonunda yola salınacağı gözlənilir.

ABŞ prezidenti Barak Obama həmçinin Haitiyə 100 milyon dollar təcili yardımı ediləcəyini bəyan edib.

Haitiyə dünya ölkələrindən hümanitar yardımlar gəlməkdədir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi azı 45 min adamın öldüyünü, milyonlarla adamın təcili yardıma ehtiyacı olduğunu xəbər verir.
XS
SM
MD
LG