Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Qazaxıstanın ATƏT-ə sədrliyi rəsmən başladı


Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev
Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev
Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev Vyanada ATƏT-in Daimi Şurasında vurğuladı ki, ölkəsinin sədrliyi dövründə 3 əsas sahə üzrə işləyəcəklər. Bunlar təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, bir də demokratiya, insan haqları sahələridir.

Saudabayev qeyd edib ki, Qazaxıstan ATƏT-in Avropada hazırkı təhlükəsizlik mövqeyini davam etdirəcək. İlk səfərini isə qurum sədri kimi gələn ayın ortalarında Cənubi Qafqaz ölkələrinə edəcək:

ƏSAS PRİORİTET UZANAN MÜNAQİŞƏLƏRDİR

- Uzanan münaqişələrin həllinə yardım etmək istənilən sədrliyin əsas prioritetidir və biz bu mürəkkəb prosesə öz töhfəmizi verməyə çalışacağıq. Eyni zamanda, bizim təşkilat insan faciəsi və humanitar fəlakətlərə səbəb olan bu cür münaqişələrin yaranmasının qarşısını almaq yollarını tapmağa cəhd etməlidir.

Kanat Saudabayev ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutunu, Milli azlıqlar üzrə ali komissarı, media azadlığı üzrə nümayəndəni və üzv ölkələrdəki müxtəlif missiyalara dəstəyini ifadə edib. Bununla belə, Parlament Assambleyası və İnsan Haqları və Demokratik Təsisatlar İnstitutunu xəbərdarlıq edib ki, seçki-müşahidə prosesinin obyektiv və konstruktivliyini təmin etmək üçün əllərindən gələni etsinlər.

Yeni sədrlik Əfqanıstanı da diqqətdə saxlayacaq – Saudabayev belə deyib.

İLK KEÇMİŞ SOVET ÖLKƏSİ

Qazaxıstan 56 üzvü olan quruma rəhbərlik edən ilk keçmiş Sovet ölkəsidir. Bu sədrlik ATƏT-in çətin dövrünə təsadüf edir. Xüsusilə 2008-ci ilin avqust müharibəsindən sonra. Rusiya-Gürcüstan müharibəsindən savayı,
Nursultan Nazarbaev
Qazaxıstanın sədrliyi ölkədə müxalifət qüvvələri, xaricdə isə insan haqları müdafiəçiləri tərəfindən etirazla qarşılanırdı. Onların fikrincə, avtoritar rejimli Qazaxıstan ATƏT-in demokratik ideyalarını zəif təmsil edəcək.

Parlament Şurasının iclasına video müraciətdən əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin təşkilatı dəstəklədiyini təsdiqləyib. Ancaq qarşıda çətinliklərin olduğunu da deyib:

- ATƏT üçün həlledici sual budur - təşkilat 21-ci əsrdə dünyanın müxtəlifliyini tanıyan struktura çevriləcək, ya da ənənəvi şərq və qərb bloklarına bölünmüş təşkilat olaraq qalacaq.

Nazarbayev təklif edib ki, 2010-cu ildə ATƏT sammiti keçirilsin. O, 1999-cu ildən bəri bu cür görüşün keçirilməməsini təşkilatın durğunluq keçirməsi ilə əlaqələndirib.

ƏSAS ŞÜARLAR - «ETİBAR, ƏNƏNƏ, ŞƏFFAFLIQ VƏ TOLERANTLIQ»

Nazarbayev Qazaxıstanın sədrliyi dövründə əsas şüarların «etibar, ənənə, şəffaflıq və tolerantlıq» olacağını bildirib:

- Keçmiş Sovet ölkələri barədə sterotiplər bəzi ATƏT üzvlərinin düşüncəsinə təsir etməkdə davam edir. Baxmayaraq ki, biz 20 ildən çoxdur qlobal demokratik ictimaiyyətə inteqrasiya edirik. Bu mənada ATƏT üzvlərinin göstərdiyi etibar Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu arada isə Qazaxıstanın müxalif Azadlıq Partiyası yanvarın 14-də ATƏT-ə müraciət edib. Partiya təcrid olunmuş siyasi liderləri Qazaxıstanın ATƏT-dəki rəsmi nümayəndə heyətinə daxil etməyə çağırıb. Həmçinin Parlament Assambleyasını ölkəsində demokratik vəziyyətlə bağlı xüsusi dinləmələr keçirməyə də çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG