Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:06

Azərbaycanda yeni soyad formatı hazırlanıb


Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya milli soyadlarla bağlı yeni format müəyyənləşdirib.

Yeni konsepsiyada “ov-yev”, “zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur.

Məlumatı Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov verib.

Mütəxəssislər “lı-li-lu-lü”, “oğlu-qızı” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun sayıblar.

Yeni format Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələrinə şamil olunmayacaq.

Konsepsiya təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
XS
SM
MD
LG