Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:34

Papaya sui-qəsd edən terrorçu iki kitab yazacaq


Roma papasına sui-qəsd etmiş Mehmet Əli Ağca həbsdən çıxan kimi iki kitab yazmaq niyyətindədir.

Bunlardan birinin onun həyatı haqqında avtobioqrafik əsər, digərinin isə xristianlıq və Vatikan haqda olacağı bildirilir.

Ağca 1981-ci ildə Roma papası Vatikanda atəş açıb Papa 2-ci İohann Paveli qarnından və əlindən yaralamışdı. O yanvarın 18-də azadlığa çıxır.

Bu haqda onun vəkilləri bildirib. 2000-ci ildə İtaliyada azadlığa buraxılandan sonra vətəni Türkiyəyə dönən Ağca yenidən həbsə alınmışdı - bu dəfə türk jurnalisti Abdı İpekçini öldürdüyü üçün.

Terrorçunun artıq eksklüziv müsahibə və kitab üçün media orqanları və nəşriyyatlarla razılığa gəldiyi deyilir.

Məlumatlara görə, eksklüziv müsahibələr üçün ona 2 milyon dollar, iki kitab üçünsə 5 milyon dollar boyun olublar.

Bildirilir ki, Ağca “Da Vinçi kodu” əsərinin müəllifi, məşhur Amerika yazıçısı Den Braunla da əlaqə yaradıb və ondan “Vatikan kodu” adlı əsər yazmaq üçün kömək istəyib.

(D.Braun “Da Vinçi kodu” əsərində xristianlıq rəvayətlərinə ehkam kimi yanaşılmasının əleyhinə çıxır və İsa peyğəmbərin həyatı haqda dini kitablardan fərqli versiyalar irəli sürür).

Ağca həbsxanadan "Sunday Times" qəzetinə verdiyi açıqlamada deyib ki, “məqsədi dünyanın axırının çatdığını elan etmək, mükəmməl İncil yazmaq və Vatikanın heç zaman xristianlığın mahiyyətini anlamadığını bildirməkdir”.

2005-ci ildə dünyasını dəyişən Papa bundan xeyli əvvəl Ağcanı bağışladığını bildirmişdi.

Ağcanın həbsdən çıxandan sonra İohann Pavelin qəbrini ziyarət etmək istədiyi də bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG