Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:12

Qarabağ münaqişəsi düyünə düşməyib


Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi dalana dirənməyib.

Bunu Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək,

Ermənistanla Azərbaycan arasında razılığın əldə olunması üçün axtarışları fəal şəkildə dəstəkləyəcək.

Lavrov həmçinin qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlər nə qədər tez normallaşsa, bu region üçün bir o qədər yaxşı olacaq.

Nalbandyan isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını deyib bə bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda prezidentlər yenidən görüşəcək.

Sergey Lavrov Ermənistana Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərindən sonra gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG