Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

Gürcüstanda regional energetika konfransı başlanıb


Bu gün Gürcüstanda energetika məsələlərinə həsr olunmuş regiolan konfrans keçirilir.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə konfransda Qafqaz, Baltik, Şərqi Avropa və Orta Asiya ölkələrinin nümayəndələri iştirak edirlər.

Batumidə keçirilən konfransda Azərbaycanı baş nazir Artur Rasi-zadənin başçılıq etdiyi nümayənə heyəti təmsil edir.

Nümayəndə heyətinə Sənaye və Energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov da daxildirlər.

Konfrans prezidentlər səviyyəsində keçirilməliydi.

Amma sonda bu plan naməlum səbəbdən dəyişib.

Toplantıda Cənubi Qafqaz enerji dəhlizinin inkişafı və onun təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG