Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:41

Ərzaqlar satışdan çıxarıldı


Qərb bölgəsində fəaliyyət göstərən 119 iri mağazada yoxlama aparılıb. Nəticədə dəyəri 26 805 manat olan 5527,6 kq vaxtı keçmiş və mənşəyi məlum olmayan ərzaq məhsulu satışdan çıxarılıb. Bu məhsulları satan mağaza sahibləri isə 159 617 manat məbləğində cərimə olunublar. Bu barədə Anti İnhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncə-Qazax regional bölməsinin müdiri Təbriz Axundov məlumat verib.

O bildirib ki, tətbiq edilən cərimələrin minimal məbləği 1500 manat olub. Müsahib həmçinin qeyd etdi ki, cərimələri ödəmədiyi üçün 40 sahibkarın işi aidiyyətı rayon üzrə məhkəmələrə göndərilib.

XS
SM
MD
LG