Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04
Rusiyada həbsdə olan milyonçu, YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskiyə ədəbi mükafat veriblər.

“Znamya” jurnalı onu və yazıçı Lyüdmila Ulitskayanı - yazışmalarına görə bu mükafata layiq görüb.

Mükafatı Xodorkovskinin qızına təqdim ediblər. Həbsdə olan biznesmenin məktubu oxunub, Xodorkovski ona verilən mükafatı “mənəvi dəstək” kimi qiymətləndirib.

Pul mükafatı xeyriyyə məqsədlərinə sərf olunacaq.

Lyüdmila Ulitskayanın verdiyi məlumata görə, biznesmenin həm onunla, həm də başqa yazıçılarla yazışmaları ayrıca kitab halında nəşr ediləcək.

Xodorkovskini vergidən yayınmada və fırıldaqçılıqda ittiham edib tutublar. Tərəfdarları isə bildirir ki, bunun əsl səbəbi biznesmenin demokratiya tərəfdarı olması, Putinin avtoritar hakimiyyətinə müxalif olan siyasi qüvvələrə maliyyə dəstəyi verməsi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG