Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:46

Çin hökuməti «Google»a cavab verdi


Çin xarici internet şirkətlərin ölkə «qanunlarına uyğun» biznes qurmasını alqışlayır.

Çinin XİN-nin sözçüsü Yianq Yu «Google»un ittihamlarına cavab olaraq belə deyib. Sözçü bildirib ki, Çin hökuməti istənilən haker hücumuna qarşıdır.

Nəhəng axtarış sistemi «Google» haker hücumları və senzuraya etiraz olaraq Çini tərk edəcəyi ilə hədələyib. Çin rəhbərliyi mütəmadi olaraq siyasi xoşagəlməz hesab etdiyi məlumat və internet saytlara girişi bağlayır.

«Google» şirkəti bildirib ki, bu həftə Çinli hakerlərin hücumuna məruz qalıb, məqsəd çinli insan hüquqları fəallarının email-ni sındırmaq olub.

ABŞ dövlət katibi Hillari Klinton Çin hökumətini izahat verməyə çağırıb.


Bu arada Çin parlamentinin üzvü Vu Banqquo ABŞ-ı yaxşı münasibətləri qorumaq üçün onun «maraqlarına» hörmət etməyə çağırıb.



XS
SM
MD
LG