Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Ali məktəblər adambaşına maliyyələşəcək


Gələn ildən Azərbaycanın bütün ali məktəbləri adambaşına maliyyələşmə sisteminə keçəcək.

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.

Təhsil naziri bildirib ki, son bir neçə ildə ali məktəblərə dövlət büdcəsindən ayrılan vəsait davamlı olaraq artır. 2003-cü illə müqayisədə isə bu artım 5 dəfədən çox olub.

Bununla belə, naziri hesab edir ki, büdcədən ali təhsilə ayrılan vəsait ali məktəblər üzrə ədalətli şəkildə bölünmür. Onun sözlərinə görə, bəzi ali məktəblərdə tələbələrin sayı aşağı olsa da, onlara ayrılan vəsait tələbələrin sayı çox olan ali məktəblərdən yüksəkdir.

Hazırda ali məktəblərə büdcədən ayrılan vəsait 121 milyon manatdır./Lent.az/

XS
SM
MD
LG