Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:58

«Parlament seçkilərinə qatılmayacağam»


«Hakim partiya özü deyib özü eşitdi və özünü seçdi»
«Hakim partiya özü deyib özü eşitdi və özünü seçdi»
«Bizim Yol»: «Milli Birlik» Hərəkatının lideri Lalə Şövkət parlament seçkiləri ilə bağlı fikirlərini bildirib.

«Bələdiyyə seçkilərində iqtidar baş məşqini keçirtdi və cəmiyyətə mesaj verdi ki, özüm özümü seçə bilərəm. Yəni birpartiyalı sistemə keçirəm. Bu, çox mühüm məsələdir və Azərbaycanın müstəqillik tarixində ilk dəfə idi tək partiya seçkilərə qatıldı. Bununla da hakim partiya özü deyib özü eşitdi və özünü seçdi. Deməli, parlament seçkisini də belə keçirmək niyyətindədirlər, artıq premyera qabağı baş məşq rahat keçirildi. Ona görə başa düşməliyik ki, iqtidar parlament seçkilərini eyni cür keçirmək istəyir. Bu gün biz düşünməliyik ki, nə edə bilərik? İllərlə deyirik ki, qanunvericilik bazasını, seçki-qabağı şəraiti dəyişməliyik, seçki komissiyalarını paritet əsasında yenidən formalaşdırmalıyıq. Lakin, bütün bu səylərin heç bir nəticəsi olmadı».

«Şərq»: «İstəmirik insanlar ələbaxanlığa öyrənsinlər»

Hadı Rəcəbli: «Büdcənin bu gün elə imkanı yoxdur ki, kim istəyir, ona ünvanlı yardım etsin».

«Azadlıq»: Hüquq müdafiəçiləri Naxçıvana getmədilər

Novella Cəfəroğlu: «Zəng edib dedilər ki, bir az gözləyin». «Bu o deməkdir ki, Naxçıvan heç kimə tabe olmaq istəmir».

«Bakı Xəbər»: Ermənistan Sürix protokolları ilə bağlı bundan sonra iki addım ata bilər.

Zəfər Quliyev: «Ya Türkiyənin ratifikasiyasını gözləyəcək, ya da...»

«Yeni Müsavat»: Avropa Məhkəməsi Fətullayevin hüquqlarını tanıyacaq

İntiqam Əliyev: «Baş redaktoru azad etməkdənsə, spikerin və deputatın biabırçı bəyanatlarının şahidi olduq».

«Yeni Azərbaycan»: Azərbaycan Avropa Şurası ilə konstruktiv əməkdaşlıqda maraqlıdır

Səməd Seyidov: «İstəyirik ki, Avropa Şurasından gələn insanlar səlahiyyətləri çərçivəsində fəaliyyət göstərsinlər və təşkilata məlumatları obyektiv çatdırsınlar».

«Azərbaycan»: Xəzər neftinin yorulmaz tədqiqatçısı

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 80 illik yubileyi geniş qeyd olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG