Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Ərdoğan Ermənistanı işğala son qoymağa çağırır


«Dağlıq Qarabağ məsələsində tezliklə ədalətli qərar olarsa, Türkiyə ilə Ermənistan əlaqələrinin də normallaşması prosesi davam edəcək».

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 13-də Moskva Dövlət Universitetində çıxışı zamanı belə deyib.

Ərdoğan Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə geri qaytarılmasına çağırıb. Əlavə edib ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh yaradılmalıdır.

Rusiyanın Baş naziri Vladimir Putin isə türk həmkarı ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, «Rusiya Cənubi Qafqaz regionunda münasibətlərin normallaşmasında maraqlıdır».

«Rusiyanı həm Azərbaycanla, həm də Ermənistanla saysız-hesabsız tellər bağlayır» deyən Putin həmçinin vurğulayıb ki, Rusiya bütün problemlərin, o cümlədən həm Qarabağ probleminin tezliklə tənzimlənməsində, həm də Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG