Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

İsrail rəsmən Türkiyədən üzr istədi


İsrail rəsmən Türkiyədən üzr istəyib. Baş nazir Beyamin Netanyahunun idarəsinin bəyanatında ümid olunur ki, bu üzrxahlıq iki müttəfiq arasında gərginliyi aradan götürəcək.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara «istədiyi və gözlədiyi» cavabı alıb. İsrailin XİN-nin müavini Danni Ayalonun Türkiyə səfiri Oğuz Çelikkola qarşı nümayiş etdirdiyi nəzakətsizlikdən sonra Ankara Tel-Əvivin rəsmi üzrxahlıq etməsini tələb etmişdi.

XİN-nin müavini yanvarın 14-ü axşam səfirə ünvanladığı məktubda belə qeyd edib:

«Sizə və türk xalqına hörmətimi çatdırıram. Müxtəlif mövzulara fərqli baxışlara baxmayaraq bunların hökumətlərimiz arasında açıq, qarşılıqlı hörmətə söykənən həll edilməsi lazımdır. Sizi heç də alçaltmaq niyyətim yox idi. Baş verənlərə görə üzr istəyirəm. Xahiş edirəm bunu hörmət etdiyimiz türk xalqına çatdırın».

Türkiyə məktubu rəsmi üzrxahlıq kimi qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG