Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:49

BMT Haitiyə yardım etməyə çağırır


BMT beynəlxalq aləmi zəlzələdən zərər çəkmiş Haitiyə hərtərəfli yardım etməyə çağırıb.

Ölənlərin dəqiq sayı hələlik bəlli deyil.

Amma Beynəlxalq Qırmızı Xaç Komitəsi minlərlə adamın öldüyünü xəbər verir.

Təşkilat hesab edir ki, zəlzələdə ölən və ya xəsarət alanların sayı 3 milyona çata bilər.

Ölkə paytaxtı Port-o-Prens demək olar ki, dağılıb.

Dünya ölkələri Haitiyə təcili hümanitar yardım göndərməyə hazır olduqlarını bəyan ediblər.
XS
SM
MD
LG