Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:14

«Google» Çin bazarını niyə tərk edə bilər?


«Google» şirkətinin Pekin ofisi
«Google» şirkətinin Pekin ofisi
Dünyanın ən məşhur internet axtarış şirkəti – Google Çin bazarını tərk edə bilər. Google bildirib ki, çinli hakerlər onun və adı çəkilməyən daha 20 şirkətin kompyuterlərinə hücum edib, məqsəd hüquq müdafiəçilərin email hesablarını sındırmaq olub.

Şirkət açıqlayıb ki, bundan sonra Çin hökumətinin təkid etdiyi kimi axtarış sisteminin nəticələrini filtr etməyəcək. Məsələn, bu gün internetdən Tibetin sürgündə olan lideri Dalay Lama və ya Tyananmen qırğını kimi həssas mövzularla bağlı şəkillər və məqalələr tapmaq mümkün olub. Əvvəllərsə Google-un Çin dili bölməsində bu xəbərlərə giriş bağlı idi.

Google kiber hücumu araşdırmaqda davam edir, ancaq hücuma görə Çin hökumətini ittiham edib-etmədiyini də demir. Çinin XİN istənilən kiber hücumla əlaqəni inkar edib.

Analitiklər hesab edir ki, Google şirkətinin Çin bazarını mümkün tərk etməsi Barak Obama administrasiyası üçün siqnal ola bilər.

ABŞ Dövlət Katibi Hillari Klinton bildirib ki, Vaşinqton kiber hücumlarla bağlı Pekindən izahat istəyir. Klinton deyib ki, insanlar üçün etibarlı internet məkanda işləmək müasir cəmiyyət və iqtisadiyyat üçün vacibdir.

Klintonun köməkçisi Alek Ross bildirib ki, dövlət katibi gələn həftə - yanvarın 21-də “internet azadlığı”na dair yeni texniki siyasət təşəbbüsünü açıqlayacaq.

O bildirib ki, dünyanın bir sıra ölkəsində, Qafqazdan Çinə, İran, Kubaya qədər vətəndaşların məlumat əldə etmək imkanı məhdudlaşdırılır.

Pekin və Vaşinqton arasında münasibətlər iqlim dəyişikliyi, ticarət məsələləri, həmçinin İranın mübahisəli nüvə proqramına görə BMT sanksiyalarını dəstəkləmədiyinə görə gərgindir.

Bir sıra ekspertlər hesab edir ki, bu il ABŞ-Çin münasibətləri korlana bilər. Ehtimal edilir ki, yaxın illərdə iqtisadi, təhlükəsizlik və kiber-təhlükəsizlik məsələlər ilə bağlı vəziyyət pisləşə bilər.

Bu arada hüquq müdafiəçiləri Google şirkətinin haker hücumu ilə bağlı məlumatı ictimaiyyətə açıqlamasını alqışlayıblar. İnsan hüquqları fəalı Ay Veivey:

«Bu addımı ilə Google cəmiyyətdəki çox saylı insanların məsələyə münasibətini ifadə etdi. Əlbəttə bu tək Çinə deyil, bütün dünyaya təsir edəcək. Şəxsi həyatın toxunulmazlığı hüququ, söz azadlığı və dözümlülük çox vacibdir».

Çinlə mübahisəyə görə Google-un səhmləri 1,3 faiz düşüb. Texnologiya sektorunun analitikləri vəziyyəti yaxından izləyirlər.

Hazırda Çində internet axtarışı üzrə lider yerli Baidu şirkətidir. BDA şirkətinin məsləhətçisi Duncan Clark deyir ki, ola bilsin Google-u idarə edənlər hesab edir ki, Çin bazarından çıxmaqla heç nə itirmirlər.

«Google kiçik iştirak payına baxmayaq, hiss edir ki, bu mühüm ildə şirkətin özünü və prinsiplərini, o cümlədən ABŞ-dakı imicini təhlükə altında qoya bilər».

Çinin özünün internet axtarış sistemi – Baidu-ya gəlincə, o da həmçinin hakerlərin hədəfi olub. Dünən Baiduya daxil olanlar səhifədə İranın bayraq və simvolları ilə yanaşı “İranın Kiber ordusu” sözlərinə rast gəliblər.

Özünü İranın kiber ordusu adlandıran qrup ötən ay Twitter sosial şəbəkəsinə haker hücumu edib. Bu şəbəkə İranın demokratik qüvvələrinin ünsiyyətinə xidmət edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG