Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:12

Ərdoğan Moskvada Qarabağ məsələsini müzakirə edəcək


Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.

ANS Press-in məlumatına görə bunu Rusiyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskva Dövlət Universitetinin Beynəlxalq

Əlaqələr İnstitutunda "Türkiyənin Xarici Siyasəti" mövzusunda keçirilən konfransda deyib.

Ərdoğan qeyd edib ki, bu məsələdə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın üzərinə daha çox vəzifə düşür və Rusiya burda daha önəmli rol oynaya bilər.

O əlavə edib ki, Moskva səfərində müzakirə edəcəyi mövzulardan biri də budur.

Rəcəb Tayyib Ərdoğan münaqişənin tezliklə ədalətli həllinə ümidlə yanaşdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG