Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:51
Rusiyalı biznesmen Aleksandr Ebralidzenin gürcü yazıçılar üçün təsis etdiyi mükafat Gürcüstanda qalmaqal yaradıb.

Gürcüstandan olan bəzi yazıçılar müsabiqədə iştirak edib mükafat uğrunda mübarizə aparmağa razı olsalar da, yanvarın 13-də Gürcüstanın Yazıçılar Birliyi bəyanatla çıxış edib.

Birlik bildirib ki, müsabiqəylə heç bir bağlılığı yoxdur və münsiflər heyətinin işində də iştirak etməyəcək. “Biz siyasi oyunlarda iştirak etmək istəmirik”.

Bundan əvvəl Ebralidze öz namizədliyini Gürcüstan prezidentliyinə irəli sürmək istədiyini bildirmişdi. Amma onun Gürcüstan vətəndaşlığı yoxdur.

Buna cavab olaraq Gürcüstan rəsmiləri biznesmenin vaxtilə cinayətkar aləmlə əlaqələrinin olması haqda danışmağa başlamışdılar və biznesmen buna görə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Givi Tarqamadzeni məhkəmə vermişdi.

Əslən gürcü olan Rusiyalı biznesmen dəyəri 25 min dollar olan mükafatı keçən ilin noyabrında təsis edib və həmin mükafatı Gürcüstanın tarixi qəhrəmanları haqda yazılan ən yaxşı əsərlərə görə vermək nəzərdə tutulur.

Gürcü çarı David Aqmaşenebelinin adına təsis edilən mükafatın qalibi fevralın 8-də açıqlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG