Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:25

Haitidə 3 milyona yaxın adam xəsarət alıb


Haitidə baş vermiş zəlzələdə təxminən 3 milyon adam xəsarət alıb.

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi xəbər verir.

BMT-nin hümanitar təşkilatları hazırda dağıntıların həcmi və ölənlərin sayını öyrənməyə çalışırlar.

7 ballıq zəlzələnin mərkəzi ölkə paytaxtı Port-o-Prensdə olub.

7 ballıq zəlzələdən ardınca 6 və 5 bal gücündə təkrar təkanlar olub.

Şəhərdə ciddi dağıntılar var.

ABŞ, Fransa, Kanada və digər dünya ölkələri Haitiyə yardım göndərəcəklərini vəd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG