Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Ötən ilin maaşını almayıblar


Gəncə Su-kanal Törəmə Cəmiyyətinin işçiləri hələ ötən ilin əmək haqlarını almayıblar. İdarənin işçilərinə olan borcu 300 min manata yaxındır.

Bu barədə Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin direktoru Azər Hacıyev məlumat verib. O, bildirib ki, idarənin balansında olan kanalizasiya şöbəsinin işçiləri ötən ilin oktyabır ayına aid əmək haqlarını ala bilib. Su açanlara isə ancaq aprel ayının maaşı verilib.

Azər Hacıev deyr ki, idarə təsərrüfat hesablı olduğundan işçilərin əmək haqları əhalidən yığılan vəsait hesabına verilir. Əhali su pulunu ödəmədiyindən maaşlar gecikir. Ötən ay əhalinin suya görə ödədiyi məbləğ istehlak olunan suyun cəmi 50 faizini təşkil edib.

Əhali suyun pulunu ödəmədiyi üçün Su Kanal Törəmə Cəmiyyəti işıq idarəsinə olan 13 milyon manat borcunu da ödəyə bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG