Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31

Erməni ailəsinin Azərbaycana keçməsi təsdiqlənib


Müdafiə Nazirliyi beş nəfərdən ibarət erməni ailəsinin Azərbaycana keçməsini təsdiqləyib. Nazirlik bildirib ki, erməni ailəsi hazırda Azərbaycan tərəfdədir. Faktla bağlı araşdırma aparılır.

Yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azyaşlı (3, 6 və 7 yaşlı) uşaqlarının da olduğu avtomobillə Azərbaycan ərazisinə daxil olub. Hadisə Yerasx-Naxçıvan məntəqəsində baş verib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Qevorkyan quldurluq və oğurluğa görə 8 dəfə məhkumluq həyatı yaşayıb. Erməni tərəfi baş vermiş hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatlar məlumatlandırılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Hadisənin detalları müəyyənləşdirilir. /AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG