Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:14

İsrail Türkiyə ilə gərginliyi azaltmaq istəyir


İsrail Türkiyə ilə diplomatik gərginliyi azaltmağa çalışır. Ancaq hələlik Türkiyənin tələb etdiyi kimi üzr istəməyib.

Gərginliyə səbəb İsrail Xarici işlər naziri müavini Danny Ayalonunun davranışı olub. Ankara bildirir ki, yanvarın 11-də diplomatik görüş zamanı türkiyəli səfirə hörmətsizlik edilib. Səfir Oğuz Çelikqol daha alçaq yerdə əyləşdirilib və İsrail rəsmisi onunla əl verib görüşməkdən imtina edib.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Ayalonun şikayəti düzgündür. Ancaq «münasib diplomatik şəkildə» ifadə olunmalı idi. Ayalon isə bildirib ki, məqsədi təhqir etmək olmayıb, bununla belə açıq şəkildə üzr istəməyib.

İsrail türklərin çəkdiyi televiziya dramında yəhudi agentlərin uşaq oğrusu kimi təsvirinə etiraz edir.

Türkiyə və İsrail regional müttəfiqlərdir. Ötən il Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzaya hücuma görə tənqid etmişdi.
XS
SM
MD
LG