Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:03

Ulyam Börns Rusiyada danışıqlar aparır


Yanvarın 13-də ABŞ Dövlət katibinin müavini Ulyam Börns Rusiya rəsmiləri ilə görüşür.

Danışıqlarda əsas mövzulardan biri İrana qarşı BMT-nin yeni, mümkün sanksiyalarının tətbiqi olacaq.

Tehran beynəlxalq ictimaiyyətin tələblərinə əməl etməkdən imtina edir və uranı zənginləşdirməyi davam edir. Bu həftə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İranla bağlı məsələni müzakirə edəcək.

Rusiya və ABŞ arasında isə nüvə silahının məhdudlaşdırılmasına dair yeni müqavilənin imzalanacağı da gözlənilir.
XS
SM
MD
LG