Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:26
«Freedom House» təşkilatının hər il hazırladığı dünyada azadlıqlar indeksində Azərbaycan yenə də «azad olmayan» ölkələr siyahısında yer alıb.

Açıqlanan sıralamada Azərbaycanın qonşuları - Ermənistan, Gürcüstan və Türkiyə «qismən-azad» ölkələr siyahısına düşüblər.

«Freedom House»un dəyərləndirilməsinə görə, Rusiya, İran, Qazaxıstan və Türkmənistan isə Azərbaycan kimi «qeyri-azad» ölkələrdəndir.

Ümumilikdə bu insan haqları təşkilatı bildirir ki, 2009-cu il azadlığın geriləməsi yox, durğunluğu ili olub. Artıq 4 ildir ki, dünyada insan azadlıqlarının durumu pisləşir, bu geriləmə xüsusən də postsovet regionunda qeydə alınıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG