Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Türkiyənin baş naziri Rusiyadadır


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 13-də Moskvada görüşlərə başlayır. Rusiya prezidenti Dmitri Medvedev və Baş nazir Valdimir Putinlə görüşəcək.

Danışıqlarda iki tərəfli əməkdaşlığın genişləndirilməsi, Türkiyə ərazisində ilk atom elektrik stansiyasının tikintisi, iqtisadiyyat, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

İki ölkə Qara dənizdən keçən «Mavi Axın» kəmərində əməkdaşlıq edir, «Cənub Axın» və «Ceyhan» enerji kəməri layihələrində də əməkdaşlıq etmək istəyir.

Hələ tamamlanmamış «Cənub Axın» layihəsi Avropa Birliyinin dəstəklədiyi «Nabucco» qaz kəmərinin rəqibi hesab olunur. «Nabucco» Rusiyadan yan keçməklə Xəzər qazını Avropaya daşıyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG