Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02
Bənənyar hadisələrindən sonra artıq bir neçə gündür ki, hələ də təcridxanada və Muxtar Respublikanın Psixi Xəstəliklər Dispanserində saxlananlar var. Kənd sakinləri Nail Xəlilov və Hüseyn Nəcəfquliyevin hazırda Psixi Xəstəliklər Dispanserində yatırıldıqları bildirilir.

Hüseyn Nəcəfquliyevin qardaşı Əli Nəcəfquliyevdən isə kənddə baş verən hadisədən sonra heç bir xəbər yoxdur.

Kənddən verilən məlumata görə, təcridxanada da hələ ki, bir neçə nəfər qalır. Onlar Yunis Rəhimov, Əli Rəhimov, Şərafət Tarverdiyev və AXCP Culfa rayon təşkilatının sədri Rza Nuriyevdir.

Yanvarın 12-i axşam saatlarında Naxçıvana Bakıdakı diplomatik korpusun bir neçə nümayəndəsinin səfər edəcəyi gözlənir. Onların arasında ABŞ və Norveç səfirliklərinin nümayəndələri də olacaq.

HƏMÇİNİN OXU:


Bənənyarda gördüklərim, eşitdiklərim və yaşadıqlarım

Günün bütün mövzuları

XS
SM
MD
LG