Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:08
Amerikanın İstehlak Məhsullarının Təhlükəsizliyi Komissiyası Çindən gətirilmə 200 mindən artıq parça kitabı “geri çağırıb”. (Frans press)

Komissiya bildirib ki, “Red Rex and friends” adlanan kitablarda qurğuşunun miqdarı normadan dəfələrlə artıqdır.

Uşaq orqanizminə düşərsə bu toksiki maddənin mənfi təsirləri ola bilər.

Həmin kitablar “Barnes & Noble”, “Amazon” və başqa satış mərkəzlərində 2004-2009-cu illər arasında 9 dollara satılıb.

Komissiya xəbərdarlıq edib ki, valideynlər uşaqların sözügedən parça kitabla oynamasına imkan verməməlidirlər.

Onlar kitabı qaytarıb pulunu geri ala bilərlər.

Parça kitabların səhifələrində adətən yalnız rəngli rəsmlər olur və onlar körpələr üçün nəzərdə tutulur.
XS
SM
MD
LG