Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Ermənistan Konstitusiya Məhkəməsi Türkiyəylə imzalanan protokolları təsdiqlədi


Ermənistan Konstitusiya Məhkəməsi Türkiyəylə imzalanan sərhəd və yaxınlaşma protokollarını təsdiqləyib. Yanvarın 12-də, qapalı keçirilən iclasdan sonra Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyan qərarı elan edib, deyib ki, qərar qətidir və dəyişdirilə bilməz.

İndi protokollar Ermənistan parlamentində müzakirəə çıxrılmalıdır. Parlament də sənədləri qəbul etsə protokolalrqüvvəyə minmiş sayılacaq.

Ermənistanın Daşnaksütun partiyası isə Konstitusiya məhkəməsi qarşısında protokolların təsdiqlənməsinə etiraz aksiyası keçirib. Protkolların Ermənistanın ziyanına olduğunu bildirən daşnaklar bu sənədlərin ləğvini tələb edir.

Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması və mübahisəli məsələrin – o cümlədən uyrdurma “erməni soyqırımı” iddialarının araşdırılması üçün birgə komissiya yaradılması nəzərdə tutan protokollar 2009-cu il oktyabrın 10-da imzalanıb.

Hələ ki, Türkiyə parlamenti də protokolları açıq müzakirəyə çıxarmayıb. Türkiyə rəsmilər bəyan ediblər ki, protokolların müzakirəsi və sərhədlərin açılması ancaq Ermənistan Azərbaycanla olan Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.
XS
SM
MD
LG