Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

Avropa Insan Haqları Məhkəməsi YUKOS-un işinə baxacaq


Avropa İnsan Haqları Məhkəməsi bu həftə vaxtilə nəhəng neft şirkəti olmuş YUKOS-un Rusiya dövlətinə qarşı 98 milyard dollarlıq iddiasına baxacağını açıqlayıb.

YUKOS iddia edir ki, Rusiyanın vergi orqanları YUKOS-u vergi qismində 13 milyard avro, cərimə qismində isə 6 milyard avro ödəməyə məcbur etməklə şirkətin iflasına səbəb olublar.

Şirkətin rəhbəri, Kremlə qarşı tənqidi mövqedən çıxış edən Mixail Xodorkovski saxtakarlıq və vergidən yayınma ittihamları üzrə təqsirli bilinərək 2005-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Tərəfdarları onun həbsini siyasi sifariş hesab edirlər.

XS
SM
MD
LG