Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:04

Ombudsman Eynulla Fətullayev və bloqqerlərlə görüşüb


İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevlə, bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə görüşüb.

Eynulla Fətullayev dekabrın 29-da cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində ayaqqabısından və gödəkcəsindən narkotik maddə tapılmasını özünə qarşı təxribat olduğunu deyib. Bunun yaxın vaxtlarda Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq işiylə əlaqələndirib.

Qanından nümunə götürülsə də analizin nəticəsinin məlum olmadığını da ombudsmanın diqqətinə çatdırıb. İşgəncəyə məruz qalması ilə bağlı suala cavabında isə Eynulla Fətullayev deyib ki, üstündə narkotik maddə aşkar olunandan sonra 12 saylı cəzaçəkmə yerinin cərimə təcridxanasında ağır şəraitdə saxlanıb.

Ombudsman istintaqın obyektiv araşdırılması üçün baş prokurora müraciət edib.

Elmira Süleymanova Adnan Hacızadə və Emin Milliylə də görüşüb.

Bloqqerlər saxlanma şəraitindən narazı olmadıqlarını deyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG