Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:20

Daşnaklar Türkiyə ilə protokollara qarşı sabah da mitinq edəcəklər


Bu gün Yerevanda Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə mitinq keçirən “Daşnaksütyun” partiyasının liderləri bu sənədlərin hələ parlamentdə təsdiq olunmadan da Ermənistana ziyan verdiyini deyiblər. Bu partiyadan olan deputat Hrayr Karapetyan bildirib ki, bu sənəd ortaya çıxandan bəri Türkiyə Ermənistanla daha sərt şərtlərlə danışmağa başlayıb.

Sabah səhər saatlarında Ermənistanın Konstitusiya Məhkəməsində protokollar müzakirə ediləcək. Bundan sonra isə sənədlər parlamentin müzakirəsinə çıxarılmalıdır.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını və aralarında sərhədin açılmasını nəzərədə tutan bu sənədləri ötən ilin payızında hər iki tərəfdən Xarici İşlər nazirləri imzalayıblar.

“Daşnaksütyun” elan edib ki, bugünkü aksiyaya 14 siyasi təşkilat qoşulub və sabah da onlar sənədlərin müzakirə olunduğu konstitusiya məhkəməsinin qarşısına toplaşıb etirazlarını bildirəcəklər.

Bu partiya sənəddə protokollarda “erməni soyqırımı” iddialarını araşdıran birgə komissiyanın nyaradılmasına etiraz edir.

Protokollar Türkiyə parlamentində də komissiyalarda müzakirədədir.
XS
SM
MD
LG