Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:06

Demokratiya Uğrunda İttifaq parlament seçkisini Müsavat Partiyası və «Azadlıq» bloku ilə müzakirəyə hazırlaşır


Demokratiya Uğrunda İttifaq (DUİ) ölkədəki ictimai-siyasi vəziyyəti, eləcə də 2010-cu il parlament seçkilərində iştirak məsələsini Müsavat Partiyası və «Azadlıq» bloku ilə birlikdə müzakirə etməyə hazırlaşır. DUİ-nin Sədrlər Şurasının sonuncu toplantısında belə qərar verilib.

Klassik Xalq Cəbhəsi Partiyası təşkilat şöbəsinin yanvarın 11-də bu barədə yaydığı məlumatda deyilir ki, toplantıda DUİ-nin seçki qərargahının məlumatı dinlənilib müzakirə edildikdən sonra Sədrlər Şurası növbəti parlament seçkilərində iştirak etmək və ictimai-siyasi vəziyyətin – DUİ, Müsavat Partiyası və «Azadlıq» bloku ilə birgə müzakirəsini məqsədəuyğun sayıb.

Toplantıda həmçinin antidemokratik olduğu əsas gətirilərək bələdiyyə seçkilərinin yenidən keçirilməsi, Bənənyarda baş verən hadisələrin günahkarlarının dərhal cəzalandırılması tələbləri irəli sürülüb.

Demokratiya Uğrunda İttifaqa Klassik Xalq Cəbhəsi, Xalq, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Milli Qurtuluş Partiyaları daxildir.
XS
SM
MD
LG