Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:44

Beş nəfərlik erməni ailəsi Azərbaycana keçib


Ermənistan mətbuatının yazdığına görə yanvarın 10-da axşam saat 7-də 52 yaşlı Ermənistan sakini arvadı və üç azyaşlı uşağı ilə Azərbaycan tərəfə keçib.

Yerli media Ermənistan Müdafiə Nazirliyinə istinadla yazır ki, Yeqişe Gevorqyanın ailəsi Azərbaycana Naxçıvandan keçib. Uşaqlar 7, 6 və 3 yaşında olublar.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, o, ailəsini də maşına yığaraq, sərhəd maneələrini aşırıb, Azərbaycan əsgərlərinin atəşi altında Naxçıvana keçib. Nazirlik maşında azyaşlılar olduğu üçün erməni əsgərlərin maşına atəş açmadıqlarını bildirir.

Nazirliyin məlumatına görə ailə başçısı əvvəllər quldurluq, maşın oöurluğu kimi cinayətlərdə ittiham olunubmuş.

Ermənistan bu hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatları məlumatlandırdığını bildirir.

Azərbaycanın Müdafiə Nazirliyindən hələlik bu xəbəri araşdırdıqlarını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG