Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Qiyamda ittiham olunan gürcü əsgər 29 il iş aldı


Bu gün Gürcüstan məhkəməsi silahlı qiyamın təşkilatçılığında ittiham olunan adamları uzun müddətə azadlıqdan məhrum edib.

Qısa müddətə yatırılmış bu qiyam keçən il mayın əvvəlində paytaxt Tbilisi yaxınlığındakı Muxovani hərbi bazasında baş vermişdi.

Məhkəmə bu hadisəni dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və onun təşkilində ittiham olunan əsas üç nəfəri 29, 28 və 19 illiyə azadlıqdan məhrum edib.

Məhkəmə bu hadisəyə görə ittiham olunan 15 nəfərə də üç ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verib.

Əsas şübhəlilərdən biri olan xüsusi xidmət orqanlarının keçmiş zabiti Koba Kobaladze isə məhkəmədə günahsız biliniz və azad edilib.

Tbilisi bu üsyanın Moskvadan maliyyələşdirildiyini deyir. Amma Rusiya rəsmiləri ittihamı rədd edirlər.

Azadlıqdan məhrum edilən adamlar dövlət çevrilişi ittihamını qəbul etmirlər. Onların vəkilləri bugünkü hökmdən şikayət edəcəklərini bildiriblər.

Gürcüstan müxalifəti isə hesab edir ki, hadisə Saakaşvili hakimiyyətinin öz uydurmasıdır. Onların fikrincə, prezident bununla 2008-ci ildə Rusiya ilə müharibədən sonra başlanmış etiraz aksiyalarından ictimaiyyətin diqqətini yayındırmaq istəyib.
XS
SM
MD
LG