Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48

HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ


Mütləq oxuyun!

TƏNQİDİ JURNALİSTİKADAN, MÜXTƏLİF FİKİRLƏRİ ƏKS ETDİRƏN MƏQALƏLƏRDƏN, DEBAT VƏ MÜZAKİRƏLƏRDƏN TƏNGƏ GƏLMİSİNİZSƏ, BU QƏZETİ OXUYUN. MÜTLƏQ OXUYUN! ÇALIŞACAĞIQ ONUN HƏR NÖMRƏSİNİ DİQQƏTİNİZƏ ÇATDIRAQ.


CULFA GÖMRÜK ORQANININ 180 İLLİK YUBİLEYİ QEYD OLUNUB

...Qeyd olunub ki, 180 yaşlı Culfa sərhəd keçid məntəqəsi əsl inkişaf dövrünü Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin öncüllüyü ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır.

HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏ

Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldarlığının yüksəldilməsinə göstərilən dövlət qayğısı getdikcə artır.

Muxtar respublikada yetişdirilən qaramalın cins keyfiyyətini yaxşılaşdırmaq və məhsuldarlığının yüksəltmək üçün 2002-ci ildən başlayaraq maldarlıqda süni mayalanma üsulu tətbiq edilir. Bu məqsədlə Hollandiyadan gətirilmiş «Holçtin-friz», «Şvis» cinsindən olan törədicilərin toxumundan istifadə olunur.

AVROPA ÜÇÜN ƏHƏMİYYƏTLİ ÖRNƏK


...aydın olur ki, dünya elminin, mədəniyyətinin, demokratiyanın, nə bilim daha nələrin yüksək inkişaf etdiyi bir məkan və standartların bir çox ölkələrdə tətbiq etməyə çalışan Avropanın indi yadına düşür ki, qlobal ekoloji problemlərin həll olunması üçün yaşıllıq sahələrini artırmaq lazımdır. Azərbaycan Avropanın bir hissəsi kimi bu problemin həlli ilə çoxdandır ki, məşğuldur. Hələ ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda geniş yaşıllaşdırma işləri həyata keçirilmişdir...

...Sovetlər dövründə Naxçıvandan Sədərəkə, Şahbuza və Ordubada gedərkən yol boyu çox nadir yerlərdə bir neçə ağac görmək olardı. Düzənliyə baxmaqdan adamın gözü yorulurdu.

Müstəqilliyimizin ilk illərində isə həmin nadir ağacların ətrafı işbazlar tərəfindən «restoranlara» çevrildi. Ətrafa kabab sümüyü və ərzaq tullantıları atılırdı.

İndi isə yol kənarındakı yaşıllıqlar SANKİ adamı yayda günəşin istisindən qoruyur. Parklardakı dekorativ ağaclar və gülzarlıqlar insanlara könül rahatlığı, şəhərimizə isə gözəlliklər bəxş edir.

Bunlar Naxçıvan MR Ali Məclisi Sədrinin səyləri nəticəsində yaradılmışdır. Onun ekoloji mühitin əhəmiyyətini nəzərə alaraq imzaladığı sərəncamlara oxşar sənədləri Avropada hələ indi qəbul etməyə hazırlaşırlar.

MƏQALƏ BAŞLIQLARI

  • TORPAĞA BAŞ ƏYƏNİN SÜFRƏSİ BOL OLAR (Bu həqiqət Kərimbəyli kəndində təsdiq edilib)
  • MÜƏLLİMLƏR CƏMİYYƏTİN ƏN NÜFUZLU, ƏN MÖTƏBƏR İNSANLARIDIR (Ulu öndərimiz Heydər Əliyevin müəllimlərə göstərdiyi yüksək ehtiram, alicənablıq nümunəsi gənc nəsil üçün örnəkdir)
  • BİZNES MÜHİTİNİN ƏLVERİŞLİ OLMASI VERGİ DAXİLOLMALARINI ARTIRMIŞDIR
  • ƏN İŞIQLI GÜNƏŞ ELMDİR
  • ERMƏNİSTAN FƏLAKƏTİN ASTANASINDADIR
  • GÖMRÜK ORQANLARI ARASINDA FUTBOL TURNİRİ KEÇİRİLİB

«Şərq Qapısı» qəzetinin 8 yanvar 2010 tarixli sayını burada oxuya bilərsən
«ŞƏRQ QAPISI»

Gündəlik ictimai-siyasi qəzet.

1921-ci ildən çıxır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Qiyməti: 10 qəpik

Tirajı: 3618

RUBRİKANIN ARXİVİ

Şərhləri göstər

XS
SM
MD
LG