Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Jurnalistin şikayəti təmin olunmadı


Bu gün Sumqayıt Apellyasiya Məhkəməsi “Yeni Müsavat” qəzetinin yazarı Mahal İsmayıloğlunun şikayəti üzrə qərarını elan edib. Məhkəmə Abşeron rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

M.İsmayıloğluna qarşı cinayət işi bağ qonşusunun evində işləyən Nəsibə Səfərovanın şikayəti əsasında qaldırılmışdı. N.Səfərova jurnalistin ona fiziki təzyiq göstərdiyini, onu təhqir etdiyini bildirmişdi. Bundan sonra M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 128.1-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə cinayət işi qaldırılmışdı.

Keçən il iyulun 1-də Abşeron Rayon Məhkəməsi jurnalistə 2 il şərti cəza kəsmişdi. Ona ölkədən çıxmaq qadağan etmişdi.

Mahal İsmayıloğlu Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcək.

XS
SM
MD
LG