Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Obama deyib ki, Yəmənə Somaliyə ABŞ hərbçiləri göndərmək niyyətində deyil


Prezident Barak Obama deyib ki, o, Yəməndə və Somalidə islamçı yaraqlılarla mübarizə aparmaq üçün yerli qüvvələrə kömək məqsədilə Amerika hərbçiləri göndərmək niyyətində deyil. Obama əmin olduğunu bildirib ki, Əl-Qaidənin əsas fəaliyyət zonası hələ də Əfqanıstan-Pakistan sərhədi olaraq qalır.

ABŞ prezidenti bir müddət əvvəl bəyan etmişdi ki, dekabrın 25-də Detroyta uçan sərnişin təyyarəsini partlatmağa cəhd göstərmiş nigeriyalını Əl-Qaidənin qərargahı Yəmənin paytaxtında yerləşən Ərəbistan yarımadasındakı qanadı təlimatlandırıb.

XS
SM
MD
LG