Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

Toqo millisi Afrika Kubokuna qatılmadı


Toqonun baş naziri Jilber Unqbo milli futbol komandasından Anqolada keçirilən Afrika Kubokuna qatılmamağı tələb edib.

Bundan əvvəlki məlumatda futbolçuların çempionatda iştirak edəcəkləri bildirilirdi.

Fudbolçuların avtobusu ötən cümə günü Anqolada hücuma məruz qalıb.

Nəticədə məşqçinin köməkçisi, komandanın mətbuat katibi və sürücü öldürülüb, 1 futbolçu da daxil olmaqla azı 7 nəfər yaralanıb.

Unqbo Anqola hökuməti və yerli futbol federasiyasını oyunçuların təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb.
XS
SM
MD
LG