Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:51

Tehranda 30-a yaxın qadın saxlanılıb


Tehran polisi bu gün “ Qəmli Analar” qrupunun 30-a yaxın üzvünü saxlayıb.

Bu barədə müxalifətdə olan Kaleme.orq saytı şahidlərə istinadla xəbər verir.

Saytın məlumatına görə polis Tehranın mərkəzindəki parka yığışmış qadınları saxlayaraq məntəqəyə aparıb.

Bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Bu qrupa, övladları mübahisəli prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında öldürülmüş və ya təqib olunmuş analar daxildir.
XS
SM
MD
LG