Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib


Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə hadisə ötən gecə Şamaxı-Yevlax yolunun 198-ci kilometrliyində, Göyçayın Yekəxana kəndində baş verib.

Eyyubov Namus Həsən oğlunun sürətlə idarə etdiyi “Mercedes” markalı minik maşını körpüdən arxa düşüb

Sürücünün qardaşı, 1978-ci il təvəllüdlü Eyyubov Səbuhi hadisə yerindəcə dünyasını dəyişib.

Namus Eyyubov və onun dostu Rəşidov Saleh isə ağır yaralanaraq xəstəxanaya düşüblər.

Vəziyyətləri ağırdır.

Faktla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG