Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:41

Mahaçqalada terrorçu qrupun lideri öldürülüb


Mahaçqalada keçirilmiş xüsusi əməliyyat nəticəsində bir yaraqlı öldürülüb.

Dağıstanın Federal Təhlükəsizlik Xidməti onun Mahaçqala-Şamxal adlı terrorçu qrupun lideri Madrid Beqov olduğunu xəbər verir.

Ötən ilin yazında Federal Təhlükəsizlik Xidmətinin polkovniki Zulkaid Kaidova edilmiş hücumda şübhəli bilinən Madrid Beqov axtarışdaydı.

Məlumatlara görə əvvəllər Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edən Beqov, 2004-cü ildə sistemdən uzaqlaşdırıldıqdan sonra oxumaq üçün Misirə gedib, sonra isə yaraqlılara qoşulub.

O bu gün digər yaraqlılarla birlikdə Mahaçqala ətrafındakı evlərdən birində mühasirəyə düşüb və hücum vaxtı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG