Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40

Daxili orqanlarında Azərbaycana narkotik keçirən iranlı öldü


İran vətəndaşı Bani Səffari Behruz Rəhman oğlunun daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb

İran vətəndaşı Bani Səffari Behruz Rəhman oğlunun daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb

Narkotik vasitələri daxili orqanlarında Azərbaycana keçirməyə nail olan 31 yaşlı İran İslam Respublikasının vətəndaşı Bani Səffari Behruz Rəhman oğlu Azərbaycanın Astara rayonun Ərçivan kəndində ölüb.

Bu haqda xəbər verən ANS yazır ki, İranın Astara şəhərindən olan Bani Səffari yanrvarın 8-də Azərbaycanın Astara rayonuna keçib. Həmin gün rayonun Ərçivan kənd sakini Hüseynov Salman Vəliməmməd oğlunun evində qalıb. Səhərisi gün onun səhhəti birdən-birə pisləşib. Ev sahibləri təcili tibbi yardım çağırıblar. Saat 23:45-də təcili yardımın həkimləri artıq onun öldüyünü bildiriblər.

Ölümün səbəblərini araşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertizasına aparılıb. Müayinə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözləmədikləri mənzərənin şahidi olublar.

Belə ki, meyitin bağırsaqlarından 8 ədəd sellofana bükülü, mədəsindən 118 ədəd sellofana bükülü və 1 ədəd açıq bükülü aşkar edilib. İlkin rəyə görə, İran vətəndaşının ölümünə səbəb də elə açılmış bükülü olub.

Bükülülər Məhkəmə Kimyəvi Ekspertizaya təqdim edilib. Ekspertizadan sonra həmin maddələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı müəyyən ediləcək.

Qeyd edək ki, İran vətəndaşı Bani Səffari Behruz Rəhman oğlunun daxili orqanlarından ümumilikdə 340 qram narkotik vasitə çıxarılıb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizanın rəyindən sonra müvafiq maddəyə əsasən cinayət işi açılacaq və İran vətəndaşının Azərbaycanda kimlərlə əlbir olduğu və işlədiyi araşdırılacaq. (ANS)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG