Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

«Kimin və necə konkret cəzalandırılacağını görəcəksiniz»


Məzahir Pənahov

Məzahir Pənahov

«Köhnə Sovet üsullarından istifadə edib hay-küy qaldırmağın yeri yoxdur. İnsanın mənəviyyatı, ləyaqəti olar. Kiminlə ədavətin varsa, kimi işdən çıxardıb onun yerinə olmaq istəyirsənsə - MSK bu işlə məşğul olmur».

Yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə deyib.

O bildirib ki, bələdiyyə seçkilərindən bəzən əsası olmayan şikayətlər edilir, səs-küy salanlar olur:

«Burada sınaqdan çıxmış, kifayət qədər təcrübəli insanlar oturub. Nə isə arzusunda olub, onu seçki ilə bağlamaq istəyənlər vaxtlarını boş yerə itirməsinlər. Qışqıranlar elə hər yerdə qışqırır. İndi kimin və necə konkret cəzalandırılacağını görəcəksiniz».

M. Pənahov deyib ki, pozuntularla bağlı ölçü götürüləcək, pozuntu təsdiqlənən yerlərdə seçkinin nəticələri ləğv olunacaq:

«Bu şikayət teleqramlarına baxan kimi bilirik ki, hansının arxasında problem var, hansı isə məqsədli yazılıb. Təbii ki, biz o cür araşdırma aparmamalıyıq, biz hamısını araşdırırıq, bu bizim borcumuzdur».

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də olub.

MSK-ya ən çox şikayət İmişli rayonundan daxil olub.

Şərhləri göstər

XS
SM
MD
LG