Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

Kərzai yenidən kabinet üzvlərini təqdim edib


Əfqanıstan prezidenti Həmid Kərzai ikinci dədfə parlamentə yeni kabinetin üzvlərini təqdim edib.

İkinci vitse-prezident Kərim Xəlili 16 namizədin adlarını açıqlayıb.

Onların arasında bundan əvvəl parlamentin rədd etdiyi namizədlərdən biri də yoxdur.

Parlament onda Həmid Kərzainin təqdim etdiyi 24 namizəddən 17-ni rədd etmişdi.

Birləşmiş Ştatlar və digər qərb ölkələri Həmid Kərzaidən ölkədə korrupsiya və özbaşınalığa qarşı qəti mübarizə aparılmasını tələd edirlər.

Yanvarın 28-də Londonda Əfqanıstanla bağlı beynəlxalq konfrans keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG