Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:57
Ehtiyatda olan zabit Azər Musayev 1993-cü ildə Azərbaycan ordusunda xidmətə başlayıb. Deyir ki, müəyyən müddətdən sonra hərbi forma dövlət hesabına yenilənməlidir. Amma o vaxt geyimi almaq zabitlərin öz öhdəsinə buraxılıb və arayış verilib ki, filankəs bu məbləğdə əşya əmlakını öz hesabına alıb:

«15 adda əşyadır. O vaxtın puluyla 2 milyon 530 min manatlıq paltar aldıq. Ancaq sonra kompensasiyanı istəyəndə vermədilər. Dedilər ki, Maliyyə Nazirliyi bunun üçün pul ayırmayıb. İndi də cavab verirlər ki, əlində məhkəmə qərarı olan zabitlərin pulu ödənilir».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsi müavini Teymur Abdullayev isə deyir ki, bu pulu almağın bir yolu var - məhkəmə:

- Səbayel rayon Məhkəməsinə müraciət etsin, məhkəmə qərarı olarsa, bu pul ödəniləcək.

- Müdafiə Nazirliyi bu vəsaiti borc kimi tanıyırmı?


- Məhkəmə qərarı olmalıdır.

Vəkil Azər Nağıyev deyir ki, Azər Musayevə məhkəmə yolu göstərilirsə, bundan imtina etməsin. Üstəlik, Müdafiə Nazirliyinin ona olan borcunu indeksiyalaşdıra bilər:

«1996-cı ildə 2 milyon 530 min manat dəyərli pul idi, ona görə Azər Musayev iddia qaldıra bilər. O vaxtı aldığı əşyaların indiki qiymətini öyrənə bilər və o məbləği indeksiyalaşdırar. Üstəlik, məhkəmə rüsumunu da, hüquqşünasa çəkəcəyi xərci də, o cümlədən mənəvi təzminatı müəyyənləşdirib iddiasına əlavə edə bilər».
Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG